Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib | 1news.az | Xəbərlər
İdman

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

13:12 - 02 / 12 / 2017
Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, həmyerlimiz UEG-in Xorvatiyanın Split şəhərində keçirilən XXVII Konqresində bu hüquqa yiyələnib.

Prezident seçkilərində Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolar olub. Konqres çərçivəsində təşkil edilən səsvermədə 28 nəfər həmyerlimin lehinə səs verib. Kolar isə 20 nəfərin etimadını qazanıb.

Beləliklə, son illərdə UEG-in vitse-prezidenti olan Qayıbov növbəti 4 ildə quruma rəhbərlik edəcək.

Qeyd edək ki, UEG-də 2009-cu ildən prezident postunu fransalı Jorj Gelzek tuturdu.

S.Xankişiyeva

 

Paylaş:
1005

Son xəbərlər

Bakıda hosteldə yanğın olub

05 / 05 / 2025, 16:09
Bütün xəbərlər