Quba Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Quba Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

15:29 - 02 / 12 / 2017
Quba Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Prezident İlham Əliyev Z.İ.Əliyevin Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

Prezident İlham Əliyev Yaşar Qəhrəman oğlu Məmmədovun Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında digər sərəncam da imzalayıb.

S.Xankişiyeva

 

 

Paylaş:
997

Son xəbərlər

Bütün xəbərlər