Səlim Müslümov: Yanvar ayında pensiyalar artırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Səlim Müslümov: Yanvar ayında pensiyalar artırılacaq

1news Redaksiyası12:40 - 02 / 12 / 2017
Səlim Müslümov: Yanvar ayında pensiyalar artırılacaq

Azərbaycanda yanvar ayında pensiyalar artırılacaq.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik əsasında hər ilin əvvəlində ötən ilin əmək haqqının ölkə üzrə artım sürətinə uyğun olaraq pensiyaların bütün məbləği indeksləşdirilir:

"Biz artıq Dövlət Statistika Komitəsindən 2017-ci il üçün orta aylıq əmək haqqının artım sürəti haqqında rəsmi məlumat əldə etmişik. Buna əsasən yanvar ayında pensiyalar artırılacaq".

S.Xankişiyeva

 

Paylaş:
821

Son xəbərlər

Əlövsət Polad vəfat etdi

06 / 11 / 2026, 17:40
Bütün xəbərlər