Bostonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bostonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib – FOTO

15:29 - 03 / 12 / 2017
Bostonda erməni işğalına qarşı etiraz aksiyası keçirilib – FOTO

Dekabrın 2-də Bostonda ermənilərin növbəti illik şousu olub. Belə ki, onlar qondarma “Dağlıq Qarabağın müstəqilliyi günü”nü bayram ediblər.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, adətən Vaşinqtonda keçirilən tədbir bu dəfə Amerika Erməni Milli Komitəsinin (AEMK) şərq bölməsi tərəfindən Bostonda təşkil edilib. Qarabağın azərbaycanlı əhalidən etnik təmizlənməsini və beynəlxalq hüququn başqa amansız pozuntularını bayram edən növbəti şounun gedişində erməni lobbisinin nümayəndələri erməni icmalarının mövcud olduğu seçki dairələrini təmsil edən bəzi Amerika qanunvericilərinə mükafatlar verməyi qərara almışdılar.

“Qala-şou”nun əsas qonağı 70 mindən çox erməni yaşayan Massaçusets ştatından senator Ed Marki idi. Senator Marki erməni lobbisinə və ABŞ-ın maraqlarına zidd olan Ermənistanın milli maraqlarına göstərdiyi xidmətlərə görə AEMK tərəfindən əla qiymət alıb.

Oyuncaq rejimin şərəfinə keçirilən yığıncaqla eyni vaxtda, həmin binanın qarşısında Bostonun Azərbaycan icması tərəfindən təşkil edilmiş etiraz aksiyası keçirilib. Bu aksiyada Bostonun və onun ətraflarının Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər. Nümayişçilərin əllərində tutduğu plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü haqqında faktlar, işğalın nəticələrini əks etdirən statistik məlumatlar, Ermənistanın vassallığı, onun müstəqil siyasi kursunun olmaması, Xocalı qətliamı haqqında məlumatlar ermənilərin “şou”sunun iştirakçılarının və bu tədbirin azsaylı qonaqlarının diqqətinə çatdırılıb.

Aksiyanın iştirakçıları “Azərbaycana qarşı erməni terrorunu dayandırın!”, “Heç kəs unudulmayacaq, heç nə yaddan çıxmayacaq”, “Ermənistan, Azərbaycandan rədd ol!”, “Xocalı qətliamı bir daha təkrar olunmamalıdır!”, “Ermənistan işğal edilmiş Qarabağdan yüz minlərlə azərbaycanlını qovub”, “Ermənistan etnik təmizləmədə günahkardır”, “Ermənistana ar olsun!”, “Xankəndidəki oyuncaq rejim rədd olsun!”, “Azərbaycan torpaqlarından əl çək!” məzmunlu şüarlarla çıxış ediblər.

Erməni lobbi təşkilatları artıq bir neçə həftə idi ki, qanunvericilərə məktublar göndərir, onları şirnikləndirərək bu tədbirə dəvət edirdilər. Buna baxmayaraq, onların səyləri nəticə verməyib. ABŞ Azərbaycanlılar şəbəkəsi ABŞ qanunvericilərini erməni təcavüzü haqqında məlumatlandırmaq üçün yazılı kampaniya keçirib və Konqresin nümayəndələrini oyuncaq rejimi ABŞ-da reklam edən erməni lobbi təşkilatlarının çağırışlarına əhəmiyyət verməməyə və ABŞ-ın milli maraqlarına uyğun Ermənistanı ittiham etməyə çağırıb.

S.Xankişiyeva

 

Paylaş:
870

Son xəbərlər

Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10
Bütün xəbərlər