Lüksemburq Gimnastika Federasiyasının prezidenti: Fərid Qayıbov UEG-i çox yaxşı idarə edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Lüksemburq Gimnastika Federasiyasının prezidenti: Fərid Qayıbov UEG-i çox yaxşı idarə edəcək

19:11 - 03 / 12 / 2017
Lüksemburq Gimnastika Federasiyasının prezidenti: Fərid Qayıbov UEG-i çox yaxşı idarə edəcək

Avropa Gimnastika İttifaqının (UEG) yeni seçilmiş prezidenti Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Lüksemburq Gimnastika Federasiyasının prezidenti Paolo Frizinq deyib.

O qeyd edib ki, Splitdə keçirilən UEG-in 27-ci konqresi çox yaxşı təşkil olunub.

P.Frizinqin sözlərinə görə, nəticələr bir qədər gözlənilməz olub: "Mən şadam ki, bizim yeni prezidentimiz var və hesab edirəm ki, Fərid Qayıbov təşkilatı vitse-prezident və yeni İcraiyyə Komitəsi ilə birgə növbəti dörd il ərzində yaxşı idarə edəcək. Mənə gəlincə, nəticələrim yaxşıdır, xoşbəxtəm ki, yenidən vitse-prezident vəzifəsinə seçildim".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

S.Xankişiyeva

 

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər