Türkiyədə ağır yol qəzası olub: 10 ölü, 7 yaralı | 1news.az | Xəbərlər
Dünya

Türkiyədə ağır yol qəzası olub: 10 ölü, 7 yaralı

18:57 - 03 / 12 / 2017
Türkiyədə ağır yol qəzası olub: 10 ölü, 7 yaralı

Türkiyədə ağır yol qəzası baş verib.

1news.az-ın Habertürk-ə istinadla verdiyi xəbərə görə, hadisə ölkənin Suriya ilə sərhəddəki Hatay vilayətində, Altungözü qəsəbəsində qeydə alınıb.

Belə ki, suriyalı köçkünləri daşıyan mikroavtobusun sürücüsü jandarmların "Saxla!" əmrinə məhəl qoymayaraq, sürəti artırmaqla nəqliyyat vasitəsini idarə edib. Lakin avtobus qarşıdan gələn yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində 10 köçkün hadisə yerində ölüb. Habelə mikroavtobusun sürücüsü də daxil olmaqla, 7 nəfər ağır xəsarət alıb. 

S.Xankişiyeva

 

Paylaş:
774

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər