Binəqədidə yağış suları basan evin 4 sakini təxliyə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidə yağış suları basan evin 4 sakini təxliyə edilib

19:36 - 03 / 12 / 2017
Binəqədidə yağış suları basan evin 4 sakini təxliyə edilib

Bu gün Bakı şəhəri, Binəqədi rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsi intensiv yağan yağışlar səbəbi ilə yağış suları ilə dolub və nəticədə 4 nəfər köməksiz vəziyyətdə qalıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.

Əməliyyat başa çatıb.

S.Xankişiyeva

 

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər