BP rəsmisi: 2018-ci ildə “Şahdəniz” qazının Avropaya çatdırılmasına başlayacağıq | 1news.az | Xəbərlər
İqtisadiyyat

BP rəsmisi: 2018-ci ildə “Şahdəniz” qazının Avropaya çatdırılmasına başlayacağıq

20:03 - 03 / 12 / 2017
BP rəsmisi: 2018-ci ildə “Şahdəniz” qazının Avropaya çatdırılmasına başlayacağıq

BP Gürcüstan ərazisində “Cənub Qaz dəhlizi” üzrə tikinti işlərini başa çatdırıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qeri Conz (Gary Jones) deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

"İnanıram ki, 2018-ci ilin ikinci yarısında "Şahdəniz" qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik", - deyə Q. Conz vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
768

Son xəbərlər

Bütün xəbərlər