Milli İnternet Mükafatının Nominantları seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli İnternet Mükafatının Nominantları seçilib

12:57 - 03 / 12 / 2017
Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatı - Milli Net 2017 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. 

1news.az-a Milli Net Təşkilat Komitəsindən verilən xəbərə görə, bu il Müsabiqəyə 18 Nominasiya üzrə 392 internet resurs təqdim edilmişdi. Onlardan  yalnız Qaydalara uyğun olan 291 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Bu il  ilk dəfə olaraq mobil tətbiqlər və sosial media resursları ayrı nominasiyalarda müsabiqəyə qəbul edilib.

Müsabiqəyə qəbul olunan 186  sayt,  45 mobil tətbiq və 60 sosial media resursunun 1-ci mərhələ qiymətləndiriıməsində 23 nəfərlik Münsiflər Heyətindən  22 münsif iştirak edib.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə  18 Nominasiya üzrə 291 resurs arasından ən yaxşılar olan 96 internet resurs (53 sayt, 26 mobil tətbiq və 17 sosial media resursu) Nominant statusu alıb.

Bu internet resurslar  2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.

Səsvermənin 2-ci mərhələsi 04 dekabr tarixdə başlayacaq və  15 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək. 

Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  20 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 18 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in  xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.

2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq. Qaliblərə həmçinin  hədiyyələri təqdim olunacaq.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru Azertelecom şirkətidir.

Müsabiqəyə LENOVO, BestComp, NOVA, NEURON və Yello şirkətləri də dəstək verirlər.

S.Xankişiyeva

 

 

Paylaş:
550

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər