Azərbaycan Abu Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında təmsil olunur - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Abu Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında təmsil olunur - FOTO

09:29 - 04 / 12 / 2017
Azərbaycan Abu Dabidə keçirilən Şeyx Zayed İrsi Festivalında təmsil olunur - FOTO

Abu Dabidə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) qurucusu, xalqın mənəvi atası Şeyx Zayedin xatirəsinə həsr olunaraq hər il keçirilən beynəlxalq festivalda ilk dəfə olaraq Azərbaycan pavilyonu təşkil edilib.

1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, 1 dekabr 2017-ci il tarixindən 25 yanvar 2018-cil il tarixinədək davam edəcək festivalda Azərbaycan pavilyonunun qurulması təşəbbüsü Azərbaycanın BƏƏ-dəki səfirliyi tərəfindən irəli sürülüb.

Tədbirin təşkilatçısı olan, ölkə prezidentinin adını daşıyan və fəaliyyətini millətin anası, ölkənin birinci xanımı Şeyxa Fatimənin patronajlığı altında həyata keçirən Xəlifə Fondu ilə təmas quran səfirlik festivalda Azərbaycan üçün yerin ayrılması barədə razılıq əldə edib, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə ölkəmizin şirkətləri üçün iştirak imkanı yaradıb.

Ötən il ziyarətçiləri iki milyon nəfəri ötən festivalda 20-dən çox ölkə özlərinin müxtəlif məhsullarının və xidmətlərinin satışını həyata keçirir. Festivalın ilk günü səfir Daşqın Şikarov və xanımı Ülviyyə Şikarova, o cümlədən səfirliyin əməkdaşları Azərbaycan pavilyonunu ziyarət edib, təşkilati məsələlərin vəziyyəti ilə maraqlanıblar. Şirkətlər arasında BƏƏ bazarında fəaliyyətini yeni qurmuş və genişləndirən Qazelli kosmetik məhsullar və Zakher turizm xidmətləri şirkətləri tədbirin məhsul və xidmətlərin bu bazarda daha çox tanıdılması üçün yaxşı platforma olduğunu bildiriblər. Pavilyonda Azərbaycanda istehsal olunan qida və içki məhsulları, turizm xidmətləri, suvenirlər və digər məhsullar sərgilənir.

3 dekabr tarixində BƏƏ-nin vəliəhdi Şeyx Məhəmməd bin Zayed əl Nəhyan festivalı ziyarət edib, ölkələrin pavilyonları ilə tanış olub. Şeyx Məhəmmədin iştirakı ilə keçirilmiş xüsusi tədbir proqramında Azərbaycan səfiri və xanımı da iştirak ediblər.

Qeyd etmək lazımdır ki, səfirlik iki ay davam edəcək festivalın mədəni hissəsində Azərbaycandan musiqiçilərin çıxışlarının da təşkil edilməsi və maliyyələşdirilməsi barədə razılıq əldə edilib, müvafiq təklif Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

Tədbir boyunca Azərbaycan pavilyonunun daha da zənginləşdirilməsi nəzərdə tutulur.

P.Sultanova

 

 

Paylaş:
782

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər