BP Bakı Ali Neft Məktəbində təcrübə proqramını təqdim etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

BP Bakı Ali Neft Məktəbində təcrübə proqramını təqdim etdi

10:08 - 04 / 12 / 2017
BP Bakı Ali Neft Məktəbində təcrübə proqramını təqdim etdi

Bakı Ali Neft Məktəbində (BANM)  BP Azərbaycanın Tələbə təcrübə proqramının təqdimatı keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə, Ali Məktəbin 3-5-ci kursları üçün keçirilən təqdimatı BP-nin Azərbaycan, Gürcüstan  və Türkiyə üzrə nümayəndələri – Tamamlama mühəndisliyi üzrə menecer Enn Devis, işə qəbul üzrə məsləhətçi Mehriban Şıxzamanova, işə qəbul üzrə koordinator Səbinə Vəliyeva və Tamamlama mühəndisi Samir Vəliyev aparıblar.

Görüşü BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov açaraq, BP-nin BANM-də hər il keçirilən təcrübə proqramının təqdimatının artıq ənənəvi olduğunu qeyd edib və tələbələrin Ali Məktəb və BP arasında uzunmüddətli əməkdaşlığı çərçivəsində hər il bu proqramda iştirak etdiklərini bildirib.

BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şıxzamanova gəncləri salamlayaraq BP-nin tələbələrlə iş üzrə siyasətinin əsas istiqamətlərindən və təcrübə proqramlarından danışıb. Tamamlama mühəndisliyi üzrə menecer Enn Devis isə özünün müxtəlif ölkələrdə olan təcrübəsindən, profesional karyera inkişafından danışıb və BP ilə özünün ilk yaxın tanışlığının elə Təcrübə proqramı zamanı yarandığını qeyd edib.

BANM-in “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 5-ci kurs tələbələri Nərmin Abbaslı və Fərhad Qədimov cari ildə BP-nin təcrübə proqramında iştirakları ilə bağlı hesabat verib və öz təəssüratlarını digər tələbələrlə paylaşıblar. Onların dediyinə görə, BP-də təcrübə keçmək – bu yalnız böyük transmilli şirkətin fəaliyyətində iştirak etmək deyil, həmçinin təcrübəçilərin profesional, işgüzar və şəxsi keyfiyyətlərinin ciddi yoxlanılmasıdır.

Daha sonra BP-nin işə qəbul üzrə koordinatoru Səbinə Vəliyeva iştirakçılara tələbələr üçün nəzərdə tutulmuş yay təcrübəsi proqramı və gənc mütəxəssislərə işə qəbul prosesləri, sənədlərin düzgün göndərilməsi, namizədlərin seçim prosesi və əsas kriteriyaları haqda məlumat verib. O həmçinin təcrübə proqramında iştirakın sayına görə BANM-in tələbələrinin sayının digər universitlərdən üstün olduğunu qeyd edib.

Sonda BP-nin nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

1news.az

 

Paylaş:
620

Son xəbərlər

Səbinə Əliyeva və və UNICEF Azərbaycan nümayəndəsi arasında gələcək əməkdaşlıq müzakirə edilib24 / 09 / 2024, 17:50Azərbaycan diasporu İsveçrə parlamentinə bəyanat ünvanlayıb24 / 09 / 2024, 17:45Azərbaycan və Özbəkistan arasında informasiya sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub24 / 09 / 2024, 17:40Biləsuvarda toy karvanında olan avtomobil yük maşınına çırpılıb, 5 nəfər ölüb - FOTO24 / 09 / 2024, 17:24Astanada “Füzuli – 530 misra” kitabının təqdimatı keçirilib24 / 09 / 2024, 17:21Sabah Cəlilabadın 19 yaşayış məntəqəsində qaz kəsiləcək24 / 09 / 2024, 17:11Bakı-Sumqayıt marşrutu üzrə sürət elektrik qatarlarında yeni tariflər açıqlandı24 / 09 / 2024, 17:08Azərbaycan və Ukrayna XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər24 / 09 / 2024, 16:55COP29 Sədrliyi və Beynəlxalq Miqrasiya Təşkilatı dəyirmi masa keçirib24 / 09 / 2024, 16:50Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb24 / 09 / 2024, 16:34Bakının Kövkəb Səfərəliyeva küçəsi təmir olunur24 / 09 / 2024, 16:07“Rəqəmsal dövrdə həqiqət axtarışında: dezinformasiyaya qarşı mübarizə” mövzusunda I Özbəkistan-Azərbaycan Media Forumu keçirilir24 / 09 / 2024, 16:01Qərbi Azərbaycan İcması Adam Şiffin anti-Azərbaycan qanun layihəsi ilə bağlı bəyanat yaydı24 / 09 / 2024, 15:54İlham Əliyev “ADEX-2024”ün iştirakçılarına müraciət ünvanlayıb24 / 09 / 2024, 15:50SİMA məhsulları Özbəkistanda beynəlxalq bazara təqdim edilib24 / 09 / 2024, 15:39Dolu düşüb, leysan yağıb - Faktiki hava24 / 09 / 2024, 15:28Birbank taksit kartları ilə sərfəli alış-veriş imkanı davam edir24 / 09 / 2024, 15:26Özbəkistan Respublikası Baş nazirinin müavini ilə görüş keçirilib24 / 09 / 2024, 15:14ATU-nun müəllimi tələbələrin geyimi ilə bağlı paylaşım etdi, söbəyə dəvət olundu24 / 09 / 2024, 15:07Çeçenistanda saxlanılan üç Azərbaycan vətəndaşı ölkəyə gətirilib24 / 09 / 2024, 14:57
Bütün xəbərlər