İlham Əliyev ölkəmizə yeni təyin olunmuş bir neçə xarici dövlətin səfirlərinin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 8-də ölkəmizə yeni təyin olunmuş bir neçə xarici dövlətin səfirlərinin etimadnaməsini qəbul edib.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Monqolustanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bold Ravdan, Ekvatorial Qvineyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xose Esono Miça Akenq, Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hamzat İbrahim, eləcə də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bakir Sadoviç etimadnamələrini Azərbaycan Prezidentinə təqdim ediblər.
S.Xankişiyeva