Deputatların maaşı artırılıb? - RƏSMİ cavab | 1news.az | Xəbərlər
Siyasət

Deputatların maaşı artırılıb? - RƏSMİ cavab

14:48 - 08 / 01 / 2018
Deputatların maaşı artırılıb? - RƏSMİ cavab

“Milli Məclisdə deputatlarının əmək haqlarında heç bir artım baş verməyib”.

1news.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı deyib.

O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”, - deyə o bildirib.

Qeyd edək ki, bir müddətdir, sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclis deputatlarının maaşlarının 800 manat artırıldığı barədə məlumatlar dolaşır. 

1news.az 

Paylaş:
703

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər