Xocalı, Kəlbəcər, və Laçın rayonlarından olan qaçqın ailələrinə ərzaq yardımı edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı, Kəlbəcər, və Laçın rayonlarından olan qaçqın ailələrinə ərzaq yardımı edilib – FOTO

15:30 - 08 / 01 / 2018
Xocalı, Kəlbəcər, və Laçın rayonlarından olan qaçqın ailələrinə ərzaq yardımı edilib – FOTO

Çətin həyat şəraitində yaşayan qaçqın ailələrinin bir qrupuna ərzaq yardımı edilib.

1news.az xəbər verir ki, bu gün Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin (PTİY İB) sədri İradə Əlili və İB-in Peşə Mədəniyyəti şöbəsinin müdiri Kifayət Bayramova Goranboy rayonunun Ağcakənd və Veysli kəndlərində məskunlaşmış Xocalı, Kəlbəcər, və Laçın rayonlarından qaçqın düşmüş ailələri ziyarət ediblər.

İB-in şöbə müdiri K.Bayramovanın təşəbbüsü və xeyriyyəçi insanların dəstəyi ilə 15 qaçqın ailəsinin hər birinə 11 çeşiddə ərzaq yardımları edilib. Həmçinin rəhbərlik tərəfindən onların problemləri dinlənilib və ailələrdəki yeniyetmə və gənclərlə peşə seçiminin insan həyatında, cəmiyyətdəki əhəmiyyəti, yaşam tərzinə təsiri haqqında fərdi söhbətlər aparılıb.

1news.az

Paylaş:
972

Son xəbərlər

Bütün xəbərlər