Oleq Kuznetsov: Naxçıvanda qazanılan uğurlara gərgin əmək və böyük zəhmət hesabına nail olunub | 1news.az | Xəbərlər
Siyasət

Oleq Kuznetsov: Naxçıvanda qazanılan uğurlara gərgin əmək və böyük zəhmət hesabına nail olunub

15:48 - 08 / 01 / 2018
Oleq Kuznetsov: Naxçıvanda qazanılan uğurlara gərgin əmək və böyük zəhmət hesabına nail olunub

Naxçıvanın havası təmiz, insanları qonaqpərvər və mehribandırlar. Ancaq burada mənim ən çox diqqətimi cəlb edən infrastrukturdur.

Naxçıvanda müasir infrastruktur qurulub, çox rahat avtomobil yolları var. Gördüyüm bütün kəndlər rahat yolları, yeni məktəb və inzibati binaları ilə göz oxşayır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu sözləri rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov deyib.

O qeyd edib ki, muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində atılan addımlar strateji xarakter daşıyır. Qazlaşdırmanı da bura əlavə etsək, həm enerji sahəsində, həm də insanların yaşayış səviyyəsinin yüksəldilməsi baxımından Naxçıvan nümunəvi regiondur. Aydın məsələdir ki, qazanılan bu uğurlara gərgin əmək və böyük zəhmət hesabına nail olunub.

“Bundan əlavə, yeni ili burada qarşıladığımdan bir neçə dəfə şəhəri gəzmək imkanım oldu. Naxçıvan şəhərində çox sayda iaşə obyektinin olması diqqətimi cəlb etdi. İnsanlar öz ailələri ilə rahat şəkildə bu cür yerlərə gəlirlər. Şahidi oldum ki, qonşu İran İslam Respublikasından yeni ili burada qeyd etmək üçün xeyli gələnlər var. Bunlar nəyin göstəricisidir? İlk olaraq sabitliyin və təhlükəsizliyin”, - deyən Oleq Kuznetsov qeyd edib ki, sərhəd ölkələrdən gələn və ya əks istiqamətdə hərəkət edən avtomobil karvanları da Naxçıvandan keçir. Bu, o deməkdir ki, qədim diyardan keçmək onlar üçün maliyyə baxımından daha sərfəlidir və burada təhlükəsizlik tam təmin olunub. Bu baxımdan rusiyalı tarixçi Naxçıvanın Cənubi Qafqazda ən təhlükəsiz diyar olduğunu vurğulayıb.

S.Xankişiyeva

 

Paylaş:
526

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər