İntihar edən 9-cu sinif şagirdinin arzusu: “Cəbhəni...” –TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Cəmiyyət

İntihar edən 9-cu sinif şagirdinin arzusu: “Cəbhəni...” –TƏFƏRRÜAT

16:11 - 08 / 01 / 2018
İntihar edən 9-cu sinif şagirdinin arzusu: “Cəbhəni...” –TƏFƏRRÜAT

Xəbər verildiyi kimi, iki gün əvvəl Samux rayonunun Alabaşlı kənd sakini, 2001-ci il təvəllüdlü Cəlilov Amil Aydın oğlu özünü yaşadığı evdə asaraq intihar edib.

1news.az-ın Sonxeber.az-a istinadən verdiyi xəbərə görə,  sözügedən hadisə ilə bağlı bəzi yeni məlumatlar üzə çıxıb.

Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, Ami Cəlilovun ailə üzvləri kasıb, sakit insanlardır. Amil 9-cu sinifdə təhsil alırdı, sakit təbiətli uşaq olub, hər-hansı psixoloji problemi olmayıb. Bacısı orta məktəbi bu il bitirib, Gəncədə Tibb Kollecində təhsil alır. Onlar 4- 5 il Rusiyada yaşadıqdan sonra 2013-cü ildə Azərbaycana gəliblər. Atası Cəlilov Aydın Rusiyaya getməzdən əvvəl Gəncədə Dəmiryol Vağzalında stansiya dispetçeri. işləyib. Hazırda işləmir. Ailələrində münaqişə olmayıb. Hadisə axşam baş verib.

Amil Cəlilovun təhsil aldığı Samux rayon Alabaşlı kənd orta məktəbinin direktoru Masibə Məmmədova Amilin çox şən, tərbiyəli, sakit uşaq olduğunu, məktəb kollektivinin və müəllimlərin onun intiharından şoka düşdüklərini deyib:

“O bizim üçün doğma, əziz uşaq olub. Məktəbdə bir nəfərlə problemi olmayıb, hər kəslə dost idi. İki gündü biz onun ailəsində olduq. Dərslərində davamiyyəti qaydasında idi. O, həyat dolu, sevimli uşaq idi. Amil 29 dekabrda məktəbimizin yolka şənliyində iştirak edib. Yeni il tətilindən qayıdandan sonra dərslərdə, hətta dərsdən sonrakı məşğələlərimizdə də iştirak edib.

Dərslərində oxumağa meylli deyildi, qiymətləri zəif olsa da hamıya kömək etmək istəyirdi. Sərbəst, heç nədən qorxmayan, qəribə uşaq idi. Yaşağdığı ev məktəbin yaxınlığında yerləşdiyindən yanvarın 5-i məktəbə gəlməyəndə evlərinə uşaq göndərdim. Atası dedi Amil evdə yoxdur. Ondan sonra məktəbə gəlmədiyini jurnalda qeyd etdik. İntihar xəbərini eşitdikdən sonra məktəb müəllimləri, şagirdlərlə birgə evlərinə getdik. Valideynləri ah- nalə edirdilər ki, “öz əli özünə düşmən oldu”.

Amil həmişə deyirdi “müəllim, 9-cu sinifdən çıxıb əsgərliyə, cəbhəni qorumağa gedəcəyəm”. Amil qarışqanı belə incidən uşaq deyildi. Bəlkə sevdiyi qız olub. Amma dəqiq bilmirəm. Psixoloqla tez-tez danışırdılar. Ona da sevdiyi qız olması barədə heç nə deməyib. Təhsili ilə bağlı məqsədi yox idi. Yeganə arzusu, 9-cu sinifi bitirib əsgərliyə getmək idi. Onun sinif otağında boş qalmış partasının üzərinə güllər qoymuşuq. Şəklini böyüdüb məktəbin divarından asacağıq”.

1news.az

Paylaş:
654

Son xəbərlər

“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50
Bütün xəbərlər