Rusiyanın tanınmış aşpazı: Azərbaycanlılar, kül başınıza!- FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyanın tanınmış aşpazı: Azərbaycanlılar, kül başınıza!- FOTO

16:07 - 08 / 01 / 2018
Rusiyanın tanınmış aşpazı: Azərbaycanlılar, kül başınıza!- FOTO

Rusiyada tanınmış aşpaz, aparıcı Stalik Xankişiyev azərbaycanlıları tənqid edib.

1news.az-ın verdiyi xəbərə görə, S.Xankişiyevi azərbaycanlı xanəndə Alim Qasımovun mahnılarının Youtube-da az baxış sayı olması qəzəbləndirib.

Bununla bağlı o, Facebook səhifəsində yazıb:

“Azərbaycanlılar! Kül başınıza. Nə vaxta qədər silikon dodağı, üçüncü cinsdən olan müğənniciklərə qulaq asıb, bunu Azərbaycan mahnıları adlandıracaqsınız? Bu, Alim Qasımovun Youtube kanalıdır. Burada bir mahnıya 100-dən çox baxış yoxdur. Heç utanırsınız? Hörmətli Alim Qasımov öz menecerini dəyişsə yaxşı olar”.

Qeyd edək ki, Stalik Xankişiyev Özbəkistanın Fərqanə şəhərində doğulsa da, atası azərbaycanlıdır.

S.Xankişiyeva

 

Paylaş:
2591

Son xəbərlər

Bütün xəbərlər