DYP sürücü və avtomobil sahiblərinə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP sürücü və avtomobil sahiblərinə müraciət edib

16:33 - 08 / 01 / 2018
DYP sürücü və avtomobil sahiblərinə müraciət edib

Nəqliyyat vasitələrinin istifadəçiləri barədə məlumatların verilməsi ilə bağlı Baş DYP İdarəsi hüquqi və fiziki şəxslərə müraciət edib.

1news.az-a İdarədən verilən məlumata görə, son vaxtlar ayrı-ayrı internet saytlarında, sosial şəbəkələrdə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada tərtib edilən inzibati xəta haqqında protokollar üzrə cərimə məbləğlərinin banklarda qəbul edilməməsi, yaxud müxtəlif vaxtlarda törədilən qayda pozuntularına görə bir neçə protokol üzrə qərarların bir gündə çıxarılması səbəbindən ödənişdə çətinliklərlə üzləşmələri barədə bəzi sürücülər tərəfindən müxtəlif fikirlər səslənir.

Bununla əlaqədar DİN Baş DYP İdarəsi bir daha nəqliyyat vasitəsi sahiblərinin diqqətinə çatdırır ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən nəqliyyat vasitəsini dövlət qeydiyyatından, həmçinin təkrar dövlət qeydiyyatından keçirərkən fiziki şəxslər qeydiyyatda olduğu və yaşadığı ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə edilməsini həvalə etdiyi şəxsin müvafiq məlumatlarını dövlət qeydiyyatını həyata keçirən orqana verməli və həmin məlumatlar dəyişdikdə onları bir gün ərzində yeniləməlidirlər:

"Əfsuslar olsun ki, bəzi hüquqi və fiziki şəxslər həmin məlumatları vaxtında yeniləmədikləri üçün barələrində elektron qaydada tərtib edilmiş sənədlərin poçt tərəfindən rəsmi qaydada ünvana çatdırılması və həmin protokollar üzrə qərarların çıxarılması mümkün olmur. Belə protokollar yalnız nəqliyyat vasitələri istifadə olunan zaman saxlanıldıqda müvafiq sənədlər rəsmi qaydada sürücülərə təqdim edilir və həmin sənədlər eyni vaxtda verildiyi üçün eyni gündə də qərarlar qəbul edilir. Aydın məsələdir ki, bu halda da daha çox qayda pozmuş şəxs eyni vaxtda daha çox məbləğdə cərimə ödəməli olur.

Qeyd olunan, eləcə də nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədlərin təqdim olunması zaman əlavə vaxt itkisinə yol verilməsi hallarının qarşısının alınması məqsədilə avtomobil sahiblərindən xahiş olunur ki, yuxarıda sadalanan məlumatlar dəyişdiyi vaxtdan bir gün ərzində poçt vasitəsilə ərazi üzrə regional qeydiyyat-imtahan və texniki baxış şöbələrinə, yaxud Baş DYP idarəsinin www.dyp.gov.az internet saytının “Online müraciət” səhifəsi vasitəsilə həmin məlumatların yenilənməsi barədə müraciət etsinlər".

S.Xankişiyeva

 

Paylaş:
603

Son xəbərlər

SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44
Bütün xəbərlər