Bakıda daha bir marşrutda pulsuz “Wi-Fi”

Bakı şəhərində “Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 saylı avtobus marşrutunda pulsuz “Wi-Fi” xidməti işə salınıb.
Bu barədə 1news.az şirkətə istinadla xəbər verir.
Gələcəkdə bu xidmətin digər marşrutlarda tətbiq olunması planlaşdırılır.
Qeyd edək ki, hazırda 18 və 65 saylı marşrutlarda sərnişinlərə “Wi-Fi” xidməti göstərilir.
1news.az
762