İranda həbs edilən etirazçılardan biri intihar edib | 1news.az | Xəbərlər
Dünya

İranda həbs edilən etirazçılardan biri intihar edib

16:47 - 08 / 01 / 2018
İranda həbs edilən etirazçılardan biri intihar edib

İranda ötən ilin dekabrın 28-də başlayan və bir həftə davam edən etiraz aksiyalarında iştirak edənlərdən biri Sina Qəmbəri həbsxanada intihar edib.

1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, Tehrandan olan millət vəkili Mahmud Sadıki çıxışında Qəmbərinin ölüm xəbərini təsdiq edib.

Millət vəkili məsələnin araşdırılacağının da qeyd edib.

Xatırladaq ki, İranda bahalıq, işsizlik və sui-istifadə hallarına ilə bağlı ilk olaraq Məşhəddə etiraz aksiyaları başlasa da, qısa zamanda ölkənin bir sıra iri şəhərlərinə də vüsət almışdı. KİV-in məlumatına görə, etirazlar zamanı 20 nəfər həlak olub, 1000-dən çox insanın həbs edildiyi bildirilir.

Mövzu ilə əlaqədar oxuyun:

Əhmədinejad İrandakı etiraz aksiyalarını dəstəklədiyi üçün həbs edilib

KİV: İranda keçirilən etiraz aksiyalarında 2 nəfər öldürülüb

S.Xankişiyeva

 

Paylaş:
790

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər