“Tramp Tower”-də yanğın söndürülüb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB   | 1news.az | Xəbərlər
Dünya

“Tramp Tower”-də yanğın söndürülüb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB  

20:46 - 08 / 01 / 2018
“Tramp Tower”-də yanğın söndürülüb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB  

Nyu-Yorkda “Tramp Tower” binasında baş vermiş yanğın söndürülüb.

1news.az xəbər verir ki, yanğın zamanı iki nəfər xəsarət alıb.

Yanğınsöndürənlərdən biri dağıntılar altında qalaraq yaralanıb.

Binanın mühəndisi isə tüstüdən zəhərlənib. Onlara ilkin tibbi yardım göstərilib.

Yanğın baş verən zaman ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ağ Evdə olub.

17:11

ABŞ-ın Nyu-York şəhərində yerləşən və ölkə prezidenti Donald Trampa aid olan “Tramp-Tower” göydələnində yanğın baş verib.

1news.az-ın hurriyet-ə istinadla verdiyi xəbərə görə, sosial şəbəkələrdən paylaşılan fotolara əsasən yanğın göydələnin damında başlayıb.

Hazırda hadisə yerində bir neçə yanğınsöndürmə briqadası işləyir.

Həlak olanlar və zərər çəkənlər barədə məlumat verilmir.

S.Xankişiyeva

 

Paylaş:
832

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər