Mübariz Mənsimov mərhum aktrisanın qızına ev hədiyyə etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Mənsimov mərhum aktrisanın qızına ev hədiyyə etdi - FOTO

17:36 - 08 / 01 / 2018
Mübariz Mənsimov mərhum aktrisanın qızına ev hədiyyə etdi - FOTO

Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov mərhum aktrisa Xanım Qafarovanın qızına ev hədiyyə edib.

1news.az  xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva öz “facebook” səhifəsində yazıb. O qeyd edib ki, bir müddət əvvəl bununla bağlı M.Mənsimova müraciət edib:

“Mərhum aktrisamız Xanım Qafarovanın kiçik yaşlı balası, yaşlı nənəsi ilə çox ağır mənzil şəraitində yaşayırdı. Balaca bir qarajda, nəm-rütubət içərisində yaşamaq çox dəhşətli idi. Hər ay baş çəkirəm bu ailəyə. Əlimizdən gələn dəstəyi göstəririk, amma mənzillə kömək imkanlarımız olmadığından bir çox şirkətlərimizə, iş adamlarına müraciət etdim ki, bu ailəyə kiçik də olsa bir mənzillə dəstək olsunlar. Amma dəstək olmaq istəyən olmurdu. Nəhayət, Palmali Şirkətlər Qrupunun prezidenti Mübariz müəllimə xahiş etdim bu ailəyə mənzillə kömək olunsun deyə. Həmin dəqiqə müsbət cavab verməsinə özüm də bir anlıq inana bilmədim.  "Qənirə xanım qazandıqlarımızın zəkatını vermək bizim borcumuzdur. Əgər siz deyirsinizsə ki, nənəsinin himayəsində qalmış acınacaqlı mənzil şəraitində yaşayan Gövhərə dəstək lazımdır, ona mənzili biz hədiyyə edərik. Bir azərbaycanlı balamıza dəstəkdən gözəl nə ola bilər. Bu günə qədər əlimizdən gələni millətimizin övladlarına əsirgəməmişik, indi də nə lazımdır edəcəyik". Açığı bu cavabı eşidəndə çox duyğulandım. Necə təşəkkür etdiyimi də o həyəcanın təsirindən xatırlamıram. Bir az əvvəl də danışdıq Mübariz müəllimlə. Mübariz müəllim balaca Gövhərə evi hədiyyə etdiyini dedi və bildirdi ki,  20-gün içərisində evin içərisi tam hazır olacaq və Gövhər nənəsi ilə yeni mənzildə xoşbəxt böyüyəcək".

Uşaq kimi sevinirəm. Sanki o ev mənim övladıma hədiyyə edilmiş qədər sevinirəm. Mübarizə müəllimə çox təşəkkür edirəm ki, hər zaman olduğu kimi yenə də mərdliyini, millətini sözdə deyil, əməldə sevənlərdən olduğunu bir daha göstərdiyi üçün. Gövhərgilə evlə kömək edilməsi üçün bir çox şirkətlərə müraciət etmişdim və bunu etmək onların gücündə olsa da etməmişdilər. Demək ki mərdlik, səxavət varla, dövlətlə olmur. Bu bir xarakterdir. Mübariz müəllim hər zaman Türkiyədə ona üz tutan, çətin vəziyyətdə qalan tələbələrlə, xəstələrə əl tutub və hər kəs onun necə bir xeyirxah insan olduğunu bilir. Balaca Gövhərə dəstək olması da ümid edirəm ki, bir çox iş adamlarına, şirkətlərə örnək olacaq. Allah əvəzini versin və təşəkkürlər Mübariz müəllim".

1news.az   

 

Paylaş:
2840

Son xəbərlər

İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri elan olunubBu gün, 11:17İcmadan ABŞ Dövlət Departamenti və Konqresinə çağırışBu gün, 11:02Binəqədidə narkotik satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyat keçirilibBu gün, 10:48Səbaildə suyun verilməsində məhdudiyyətlər yaranıbBu gün, 10:30Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunubBu gün, 10:23Türkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilibBu gün, 10:05Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29
Bütün xəbərlər