Dövlət Komitəsi gələn ay keçirəcəyi hərracın tarixini açıqlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Komitəsi gələn ay keçirəcəyi hərracın tarixini açıqlayıb

18:47 - 08 / 01 / 2018
Dövlət Komitəsi gələn ay keçirəcəyi hərracın tarixini açıqlayıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən açıq və şəffaf hərraclar davam etdirilir.

Komitədən 1news.az-a verilən məlumata görə, 23 fevral tarixində keçiriləcək yeni hərraca 18 səhmdar cəmiyyəti, 4 qeyri-yaşayış sahəsi, 4 kiçik dövlət müəssisəsi çıxarılıb. Hərraca çıxarılan əmlakları siyahısı ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=328

Hərraca çıxarılan kiçik dövlət müəssisələri altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək.  Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə  ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Ağdaş, Goranboy, Xaçmaz  rayonlarında yerləşir. Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 64 min 900 manata olan Xaçmaz rayonunda yerləşən “Nərəcan kənd Mədəniyyət evi”-dir. Qeyd olunan daşınmaz əmlakın ümumi faydalı sahəsi 959.3 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 6260 kv.m.-dir.

Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 65 min manata Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış binası da var. Qeyd olunan əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilməyə çıxarılıb. Qeyri yaşayış binasının ümumi faydalı sahəsi 235.7 kv.m, özəlləşdirilən torpaq sahəsi isə 276.5 kv.m-dir.

Bu dəfəki hərracda 18 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Göstərilən linkə (http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3283)

daxil olmaqla bu tarixdə hərraca çıxarılan səhmdar cəmiyyətlərin ünvanları, satışa çıxarılan səhmlərin nominal dəyəri, nizamnamə kapitalının həcmi, satışa çıxarılan səhmlərin ilkin hərrac qiymətləri ilə daha yaxından tanış olmaq olar. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, kəndkimya, nəqliyyat, inşaat, təmir və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Bərdə Kəndkimya”, “Beyləqan Buzxana”, “Salyan Kəndkimya”, “Tərtər Nəqliyyat”, “Lənkəran Mebel” kimi səhmdar cəmiyyətlər var. Bu səhmdar cəmiyyətlərinin hərraca çıxarılmış bir səhminin nominal dəyəri müəssisədən asılı olaraq 0.5 manatdan 2 manata qədərdir.

Vətəndaş hərraca çıxarılan hər bir əmlakla komitənin rəsmi saytında emdk.gov.az o cümlədən privatization.az saytında tanış ola bilir. Əvvəlcə hərrac tarixinə görə elan linkinə daxil olur, elanda səhmdar cəmiyyəti, kiçik dövlət müəssisə və obyekti, eləcə də istifadəsiz yaşayış sahəsi və nəqliyyat vasitəsi üzrə ayrıca göstərilmiş linkə keçir.

Burada istədiyi əmlakı seçərək baxır, əgər bəyəndiyi əmlakdırsa elə həmin səhifədəcə “sifariş ver” düyməsini seçir. Xatırladaq ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək qəbul ediləcək. Bununla əmlaka elektron sifariş verərək əmlakın ilkin satış qiymətinin 10% məbləğində behi də elektron qaydada ödəyir. Bu prosedurdan sonra vətəndaş hərracda iştirak etmək statusu qazanır.

Onu da bildirək ki, hərraclarda iştirak prosedurları tamamilə elektronlaşdırılıb. Belə ki, istənilən vətəndaş və ya investor Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov)  və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölmələri seçərək hərraclarda iştirakçı statusu qazana bilər.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcəkBu gün, 09:43AMB bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Ötən ay KTM-ə zəhərlənmə şübhəsilə 118 nəfər daxil olubBu gün, 09:27Küləkli hava sabah axşamadək davam edəcək - FAKTİKİ HAVABu gün, 09:10Azərbaycanın profilaktik peyvəndlər təqviminə yeni peyvənd əlavə olunubBu gün, 09:08Bu gün Yasamalda qaz olmayacaqBu gün, 08:59Bakının bir sıra yollarında tıxac müşahidə olunur - SİYAHIBu gün, 08:57Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20
Bütün xəbərlər