“Səbail”in Antalyadakı rəqibləri müəyyənləşdi | 1news.az | Xəbərlər
Futbol

“Səbail”in Antalyadakı rəqibləri müəyyənləşdi

18:54 - 08 / 01 / 2018
“Səbail”in Antalyadakı rəqibləri müəyyənləşdi

“Səbail” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı ərzində dörd yoxlama oyunu keçirəcək.

1news.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı məlumata görə, sınaq rəqiblərindən üçünün adı və oyunların keçirilmə tarixi dəqiqləşib.

Premyer Liqamızın debütantı 12 günlük hazırlıq prosesi çərçivəsində yanvarın 23-də Ukraynanın “Çernomorets”, 26-da Serbiyanın “Napredak”, 29-da isə Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubları ilə qüvvəsini sınayacaq.

Oyunların saatları və digər rəqibin adı dəqiqləşdikdən sonra məlumat veriləcək.

Qeyd edək ki, "Səbail"in yanvarın 20-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək.

1news.az

Paylaş:
670

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər