Şimali və Cənubi Koreya arasında keçiriləcək danışıqların vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Dünya

Şimali və Cənubi Koreya arasında keçiriləcək danışıqların vaxtı açıqlanıb

09:28 - 08 / 01 / 2018
Şimali və Cənubi Koreya arasında keçiriləcək danışıqların vaxtı açıqlanıb

Cənubi Koreya və Şimali Koreya arasında danışıqlar sərhədyanı Phanmuncom yaşayış sahəsində yanvarın 9-u səhər saatlarında başlayacaq.

1news.az TASS-a xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə nazirliyi məlumat verib.

Gözlənilir ki, 2012-ci ilin dekabr ayından etibarən iki ölkə arasında keçiriləcək ilk danışıqların əsas mövzusu Şimali Koreya idmançılarının Pxençxanda keçiriləcək Qış Olimpiya Oyunlarında mümkün iştirakı olacaq.

1news.az

Paylaş:
922

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər