Astarada ikimərtəbəli ev yanıb

Astara rayonunda fərdi ev yanıb.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Siyatürk kəndində baş verib.
Ümumi sahəsi 198 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
1news.az
637