Məşhur futbolçunun xanımını pampersə görə təyyarədən düşürdülər – FOTO | 1news.az | Xəbərlər
Dünya

Məşhur futbolçunun xanımını pampersə görə təyyarədən düşürdülər – FOTO

10:44 - 08 / 01 / 2018
Məşhur futbolçunun xanımını pampersə görə təyyarədən düşürdülər – FOTO

Məşhur futbolçu Andrey Arşavinin həyat yoldaşı Alisa Moskvanın “Şeremetevo” hava limanında olarkən təyyarədə qalmaqal yaradıb.

1news.az-ın cosmo.ru-ya istinadən verdiyi xəbərə görə, Almatıya uçan təyyarə hərəkətə başlayan zaman Alisa qızının pampersini dəyişmək istəyib.

Ekipaj üzvləri ondan təhlükəsizlik kəmərini bağlamağını və yaxud təyyarə havaya qalxana kimi 10 dəqiqə gözləməyi xahiş ediblər. O isə bundan imtina edib.

Nəticədə Alisa qızı və pamperslərlə birgə təyyarədən düşürülərək hava limanının polis şöbəsinə aparılıb. Təyyarə isə Almatıya onlarsız uçub.

1news.az

Paylaş:
2306

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər