Azərbaycandan Türkiyəyə gedən avtobus tamamilə yandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan Türkiyəyə gedən avtobus tamamilə yandı

10:52 - 08 / 01 / 2018
Azərbaycandan Türkiyəyə gedən avtobus tamamilə yandı

Azərbaycandan Türkiyəyə hərəkət edən sərnişin avtobusu Gürcüstanın şərq hissəsində olarkən yanıb.

1news.az-ın məlumatına görə, bu barədə Gürcüstanın İctimai Televiziyası xəbər yayıb.

Avtobusda 50 sərnişin - müxtəlif ölkələrin, o cümlədən Rusiya vətəndaşları olub.

Bazar ertəsinə keçən gecə baş vermiş hadisə zamanı sərnişinlər dərhal avtobusu tərk etdiyindən xəsarət alan olmayıb.

Nəqliyyat vasitəsi tamamilə yanıb.

Fakt araşdırılır.

1news.az

 

 

 

Paylaş:
693

Son xəbərlər

Bütün xəbərlər