SOCAR İstirqraz sahibləri 11,6 milyon dollar güzəştli kredit götürüblər | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR İstirqraz sahibləri 11,6 milyon dollar güzəştli kredit götürüblər

11:27 - 08 / 01 / 2018
SOCAR İstirqraz sahibləri 11,6 milyon dollar güzəştli kredit götürüblər

Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları ilə əməliyyatlar 2017-ci ildə rekord həddə çatıb.

1news.az-a SOCAR Capital-dan verilən xəbərə görə, istiqrazların market meykeri olan «PSG Kapital» şirkətindən verilən məlumata görə, ötən il təkrar bazarda 89 230 SOCAR İstiqrazı alınıb, istiqrazlarla əməliyyatların həcmi 89,5 milyon dollar təşkil edib. Ümumilikdə bu günədək SOCAR İstiqrazları ilə əməliyyatların həcmi 122,6 milyon dollara çatıb.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında bütün istiqrazlar üzrə (ipoteka istiqrazları xaric) ümumilikdə 134 milyon dollarlıq əməliyyat aparılıb. Başqa sözlə, SOCAR İstiqrazları istiqraz bazarının 66,8%-ni təşkil edib.

2017-ci ildə SOCAR İstiqrazları təkrar bazarda ən aktiv alınıb-satılan qiymətli kağız olub. Ötən il qiymətli kağızların alqı-satqısı üzrə bağlanan əqdlərin 86,5%-i SOCAR İstiqrazlarının payına dühür.

İstiqrazlara həm fiziki, həm də hüquqi şəxslərin böyük maraq göstərməsi onun bahalaşmasına səbəb olub. Ötən il istiqrazların qiyməti 1 000-1 023 dollar arasında dəyişib, ilin sonunda isə satış qiyməti 1 030 dollara yüksəlib.

Ötən ilin noyabrında SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına start verilib.

Qeyd edək ki, REPO əməliyyatı istiqraz sahiblərinə öz qiymətli kağızlarını girov qoyaraq güzəştli şərtlərlə (illik 3,5%-4%) kredit götürməyə imkan verir. Nəticədə istiqraz sahiblərinin öz qiymətli kağızlarını satmasına ehtiyac qalmır, onlar istənilən zaman REPO əməliyatından istifadə edərək tələbat olan vəsaiti cəlb edə bilirlər. REPO əməliyyatlarını cəlbedici edən digər cəhət faiz dərəcəsinin olduqca əlverişli olmasıdır. Belə ki, istiqrazın gəlirliyi illik 5% olduğuna görə, REPO çərçivəsində kredit cəlb edənlər yenə də gəlir götürməkdə davam edirlər.

Məhz bu üstünlük nəticəsində istiqraz sahibləri REPO əməlimyyatlarına  böyük maraq göstəriblər. Qısa müddətdə SOCAR İstiqrazları ilə REPO əməliyyatlarının həcmi 11,6 milyon dolları keçib. Qiymətli kağızlar bazarındakı bütün repo əməliyyatlarının yarıdan çox hissəsi SOCAR İstiqrazlarının payınac düşüb. REPO əməliyyatları həm hüquqi, həm də fiziki şəxslərlə aparılıb.

2017-ci ildə SOCAR İstiqrazları üzrə 4 dəfə faiz ödənilib. 17 yanvar, 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində həyata keçirilən ödənişlər çərçivəsində istiqraz sahibləri 5 milyon dollar gəlir əldə ediblər. Bununla da SOCAR İstiqrazları Azərbaycanda öz sahiblərinə dollarla ən çox gəlir gətirən qiymətli kağız olub.

2018-ci ildə SOCAR İstiqrazları sahiblərinə daha 5 milyon dollar faiz gəliri ödəniləcək. İlk faiz ödənişi yanvar ayında olacaq.

SOCAR İstiqrazları haqqında: 

Nominal qiyməti 1 000 ABŞ dolları olan istiqrazların illik gəlirliliyi 5% və ya hər istiqraz üzrə ildə 50 dollardır.  İstiqrazlar üzrə faiz ödənişləri hər 3 aydan bir olmaqla, ildə 4 dəfə ödənilir.

Mövzu ilə əlaqədar oxuyun:       

SOCAR istiqrazlarının satışında rekord – RƏQƏMLƏR AÇIQLANDI

SOCAR-dan yeni investisiya imkanı

Natiq Əmirov: SOCAR korporativ idarəetmə, maliyyə şəffaflığı və dayanıqlılığı baxımından dünyada nüfuzlu şirkətə çevrilir – FOTO

S.Xankişiyeva

 

Paylaş:
758

Son xəbərlər

AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:11
Bütün xəbərlər