Pərvin Mirzəzadə qeyri-rezident səfirləri qəbul edib
Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi səfir Pərvin Mirzəzadə Bosniya və Herseqovina (mənzil qərargahı Ankara), Monqolustan (mənzil qərərgahı Ankara ), Nigeriya (mənzil qərərgahı Tehran) və Ekvatorial Qvineyanın (mənzil qərargahı Moskva) Azərbaycana akkreditə olunmuş yeni səfirlərinin etimadnamələrinin surətlərini qəbul edib.
Bu barədə 1news.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə Azərbaycan və sözügedən ölkələr arasında dostluq əlaqələrinin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
P.Sultanova
1461