Useyn Bolt futbolçu olmaq istəyir
Yüngül atletika üzrə səkkizqat Olimpiya çempionu Useyn Bolt futbolçu olmaq niyyətini təsdiqləyib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, zədələrini sağaltdığını və yenidən yaxşı formada olduğunu deyən 31 yaşlı yamaykalı sprinter oynamaq istədiyi klubun adını da açıqlayıb:
“Mart ayında Dortmundda müayinədən keçməyə hazırlaşıram, bundan sonra mənim futbolçu karyerama başlamağım məlum olacaq. Əgər “Borussiya”da mənə hər şeyin qaydasında olduğunu və bir qədər məşq etmək lazım gələcəyini söyləsələr, belə də edəcəyəm.
Ümumiyyətlə, mən “Mançester Yunayted” ilə kontrakt imzalamağı arzulayıram. Dortmundda məni yararsız hesab etsələr, o zaman inadla məşqlərə davam edəcəyəm. Aleks Ferqyusonla danışmışam və ondan kömək istəmişəm. O cavab verib ki, əgər yaxşı hazırlaşsam və formada olsam, mənə kömək etməyə çalışacaq”.
1news.az