2017-ci ildə PAŞA Sığorta şirkətinin təqdimatında “Tirə Zərbə” rubrikasına start verilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

2017-ci ildə PAŞA Sığorta şirkətinin təqdimatında “Tirə Zərbə” rubrikasına start verilib - FOTO

14:18 - 09 / 01 / 2018
2017-ci ildə PAŞA Sığorta şirkətinin təqdimatında “Tirə Zərbə” rubrikasına start verilib - FOTO

AFFA və PAŞA Sığortanın Facebook səhifəsi vasitəsilə paylaşılan videoların əsas məqsədi milli komandamızın üzvlərini rəsmi Facebook səhifələrində azarkeşlərə daha yaxın etmək, izləyicilər üçün əyləncəli müsabiqə təşkil etməkdir.

Rubrikanın məqsədi, milli komandanın futbolçularını daha fərqli və interaktiv şəkildə azarkeşlərə təqdim edib, onları təbliğ edib daha çox tanıtmaqdır.

Müsabiqədə iştirak edən milli komandanın futbolçularına maksimum sayda topu tirə göndərmək üçün 1 cəhd və 10 top verilir. Hər həftə futbolçular bir- biri ilə yarışıb, rekordu yeniləməyə çalışır.

İlkin olaraq, AFFA və PAŞA Sığortanın rəsmi Facebook səhifələrində növbəti həftə rubrikada iştirak edəcək futbolçu elan edilir. Daha sonra AFFA tərəfindən anons videosu hazırlanır və PAŞA Sığortanın səhifəsində azarkeşlər arasında müsabiqədə iştirak etməyə dəvət edilir. Burada azarkeşlər şərh bölməsində elan edilmiş futbolçunun neçə topu tirə göndərəcəyini qeyd edir və ilk düzgün cavab verən izləyici üçüncü hissədən sonra qalib elan olunur. Sonda isə video AFFA və PAŞA Sığortanın Facebook səhifəsində paylaşılır.

Hazırda, milli komandanın 9 futbolçusu artıq müsabiqədə iştirak edib və uzun zaman rekord yarımmüdafiəçimiz Emin Mahmudova məxsus olub. O, 10 topdan 6-nı tirə göndərməyi bacarmışdır. Lakin, rubrikanın sonuncu iştirakçısı Namiq Ələsgərov Eminin rekordunu təkrarlamağı bacarmışdır.

    

Bundan əlavə, “Tirə Zərbə” rubrikasının xüsusi buraxılışında 3 veteran futbolçumuz iştirak edib. Bunlar, Mahmud Qurbanov, Yunis Hüseynov və Vidadi Rzayevdir.

Əgər siz də milli komandamızın futbolçuları arasında keçirilən müsabiqəni görmək istəyirsinizsə, o zaman AFFA və PAŞA Sığortanın rəsmi facebook səhifələrini izləyin!

PAŞA Sığorta: https://www.facebook.com/pasha.insurance/

AFFA: https://www.facebook.com/affaazerbaijan/

Reklam hüququnda

 

 

Paylaş:
708

Son xəbərlər

“Xələfli” sərhəd zastavası təmirdən sonra xidməti istifadəyə verilib - FOTO - VİDEOBu gün, 09:47Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:39Ağdamda toy karvanında avtoxuliqanlıq edənlər həbs edilibBu gün, 09:34Bu gün Bakının bu rayonlarında qaz olmayacaqBu gün, 09:23Azərbaycan neftinin qiyməti 96 dollardan aşağı düşübBu gün, 09:13Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidirBu gün, 09:06Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:05Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17
Bütün xəbərlər