Məşhur müğənni ayaqqabısını hədiyyə etdiyi fanatına əsəbiləşdi: geri qaytar – FOTO
27 dekabrda Tarsusda konsert zamanı doğum günü olan bir fanatına çəkməsini hədiyyə edən müğənni Demet Akalın gözlənilməz hərəkətlə qarşılaşıb.
1news.az-ın “Qafqazinfo”-ya istinadən verdiyi xəbərə görə, Duyqu Dəmir adlı fanat aldığı hədiyyə çəkməni internetdə satışa çıxarıb.
Bundan xəbər tutan D.Akalın xəyal qırıqlığı yaşayıb və sosial media hesabında həmin fanatın çəkməni geri qaytarmasını istəyib:
“Bəzən bəziləri həqiqətən heç nəyi haqq etməz. Hədiyyə xatirə kimi saxlanılar, satışa çıxarılmaz. Geri göndər... Mən qiymət verəcək həqiqi fanatıma verərəm”.
Qeyd edək ki, çəkmənin dəyərinin 7 min lirə (təxminən 3100 manat) olduğu bildirilir.
1news.az
1090