Röyanın Aygün Bəylərə qarşı iddiası üzrə məhkəmənin vaxtı məlum olub
Əməkdar artist Röya Ayxanın əməkdar artist Aygün Bəylərə qarşı iddiası məhkəmə tərəfindən qəbul edilib.
1news.az APA-ya istinadla xəbər verir ki, vəkil Vamiq Şükürov iddia ərizəsinə yanvarın 23-də Səbail rayon Məhkəməsində baxılacağını deyib.
R.Ayxan A. Bəylərin “ARB” telekanalının “Səhər-səhər” verilişində onun ünvanına sərt ifadələr səsləndirdiyini əsas gətirərək məhkəməyə müraciət edib.
Röya həmkarından 50 min manat təzminat və A. Bəylərin mətbuat vasitəsilə səsləndirdiyi fikirlərin yalan olduğunu bəyan etməsini tələb edir.
1news.az
1090