Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırıb – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırıb – FOTO

17:17 - 09 / 01 / 2018
Azercell daha 25 tələbəni təqaüdlə mükafatlandırıb – FOTO

Ölkənin lider mobil rabitə təminatçısı Azercell Telekom-un 2017-ci il üçün elan etdiyi Tələbə Təqaüdü proqramının qalibləri artıq bəlli olub.

1200-dən çox tələbənin müraciət etdiyi proqramda 25 nəfər Azercell Təqaüdçüsü fəxri adını qazanıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisadiyyat Universiteti, Bakı Mühəndislik Universiteti, Mingəçevir Dövlət Universiteti, ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texniki Universitetində təhsil alan tələbələrin qazandığı Təqaüd Proqramı sentyabrın 15-də elan olunmuşdu.

Öz sahəsində peşəkar olmaq, gələcək karyerası üçün təməl yaratmaq istəyən gənclər Təqaüd Proqramına müraciət etmək imkanı əldə ediblər. Proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq.

Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. 

Beləliklə, 2017-ci ildə Azercell təqaüdçüsü adını qazanan ümumi 25 nəfər tələbədən 7-si bölgələrdə fəaliyyət göstərən təhsil müəssisələrində, 9-u Bakı Ali Təhsil Müəssisələrində, 9-u isə SABAH qruplarında təhsil alır. 

Mükafatlandırma mərasimi 9 yanvar tarixində Azercell şirkətinin baş ofisində baş tutub.  Azercell-in prezidenti Vahid Mürsəliyev və SABAH qrupunun İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə qalibləri təbrik edərək onlara sertifikat və hədiyyələr təqdim etdi. 

Azercell şirkəti Tələbə Təqaüd Proqramını 2008-ci ildən etibarən hər tədris ilində təqdim edir. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 150-dən çox tələbə şirkətin fəxri təqaüdçüsü adına layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim edib.

Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

 

 

 

Paylaş:
714

Son xəbərlər

Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49
Bütün xəbərlər