Dünən bulvarda intihar edən gənc şairin meyiti tapılıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən bulvarda intihar edən gənc şairin meyiti tapılıb – FOTO

17:34 - 09 / 01 / 2018
Dünən bulvarda intihar edən gənc şairin meyiti tapılıb – FOTO

Ötən gün bulvarda intihar edən gəncin meyiti dənizdən çıxarılıb.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08 yanvar 2018-ci il tarixində 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində batıb.

Yanvarın 9-da C.Məlikovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 300 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Mövzu ilə əlaqədar oxuyun:

Özünü dənizə atan gənc şairin son şeiri: Gedəndə tək getmirsən...

S.Xankişiyeva

 

 

 

Paylaş:
651

Son xəbərlər

Bütün xəbərlər