Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı artırılıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı artırılıb – FOTO

17:41 - 09 / 01 / 2018
Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı artırılıb – FOTO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun 70 nəfər sülhməramlısı yanvarın 9-da plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu ölkədə sabitliyin və təhlükəsizliyin təmin olunmasının vacibliyini nəzərə alaraq NATO Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasında qüvvələrin sayının artırılması ilə bağlı Alyansa üzv olan və tərəfdaş ölkələrə müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 23 noyabr 2017-ci il tarixində NATO-nun Brüssel şəhərindəki mənzil qərargahındakı çıxışı zamanı 2018-ci ildən etibarən Azərbaycan sülhməramlılarının sayının artırılacağı barədə bəyanat verib.

Bu məqsədlə Milli Məclis 29 dekabr 2017-ci il tarixdə “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərara dəyişikliklər edib.

Azərbaycan sülhməramlı kontingentin sayının artırılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilib.

Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və tərəfdaşlara dəstək məqsədilə 2018-ci ildən etibarən “Qətiyyətli Dəstək” missiyasının müxtəlif qərargahlarında 6 Azərbaycan zabiti, eləcə də 2 hərbi həkim olmaqla sülhməramlılarımızın sayı ümumilikdə 94-dən 120 nəfərədək artırılıb.

1news.az

Paylaş:
606

Son xəbərlər

Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52
Bütün xəbərlər