Korlar və zəif görənlər üçün bankomat yaradılıb | 1news.az | Xəbərlər
Dünya

Korlar və zəif görənlər üçün bankomat yaradılıb

18:16 - 09 / 01 / 2018
Korlar və zəif görənlər üçün bankomat yaradılıb

Birləşmiş Ərəb Əmirlikləri KİV-lərinin yaydığı məlumata görə, Şarcə əmirliyində korlar və zəif görənlər üçün “danışan” bankomat istifadəyə verilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, yeni qurğu ərəb, ingilis dillərində böyük Brayl displeyi və səs interfeysi ilə təchiz edilib. İnterfeysə səs həm dinamika, həm də tam konfidensiallıq üçün qulaqlıq vasitəsilə daxil olur. Bankomatın adilərdən fərqli olaraq üç təhlükəsizlik kamerası var.

Şarcə İslam Bankının istifadəyə verdiyi yeni bankomat korlara və zəif görənlərə kənar kömək olmadan bütün tranzaksiyaları yerinə yetirməyə imkan verir. Qurğu əlil arabasında olan şəxslər üçün də əlverişlidir.

1news.az

Paylaş:
782

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər