Uqo Barqas “Neftçi”dən getdi | 1news.az | Xəbərlər
Futbol

Uqo Barqas “Neftçi”dən getdi

18:30 - 09 / 01 / 2018
Uqo Barqas “Neftçi”dən getdi

“Neftçi” futbolçu Uqo Barqasla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

1news.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hücumçuya “Neftçi”yə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Barqasın “Neftçi” ilə bu mövsümün sonunadək müqaviləsi var idi. O, bakılılarla anlaşmanın müddətini elə ötən ay uzatmışdı.

Fransalı hücumçu “Neftçi”də 2017-ci ilin yanvar ayından çıxış edirdi.

1news.az

Paylaş:
801

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər