Mərkəzi Bankın elektron imza sertifikatlarının bank sektorunda tətbiqinə başlanılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mərkəzi Bankın elektron imza sertifikatlarının bank sektorunda tətbiqinə başlanılıb

18:55 - 09 / 01 / 2018
Mərkəzi Bankın elektron imza sertifikatlarının bank sektorunda tətbiqinə başlanılıb

Mərkəzi Bankın (AMB) yaratdığı Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin elekton bankçılıq və “müştəri-bank” xidmətlərində tətbiqinə başlanılıb.

AMB-dən 1news.az-a verilən məlumata görə, məlumat mübadiləsi zamanı yüksək informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Mərkəzi Bankda yaradılmış və 2014-cü ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən akkreditasiya edilmiş Bank Sertifikat Xidmətləri Mərkəzinin (BSXM) elektron imza alətlərinin yalnız Mərkəzi Bankın operatoru olduğu informasiya resurslarına, ödəniş və hesablaşmalar sistemlərinə deyil, həmçinin kredit təşkilatlarının müştərisi olan hüquqi və fiziki şəxslər üçün təklif olunan elekton bankçılıq və “müştəri-bank” xidmətlərində tətbiqinə başlanılıb.

AMB-dən bildirilib ki, bu hədəfin həyata keçirilməsi çərçivəsində BSXM tərəfindən göstərilən elektron xidmətlərə kredit təşkilatlarının qoşulması, müvafiq səlahiyyət və öhdəliklərin müəyyən edilməsi məqsədilə kollektiv saziş hazırlanıb və kommersiya banklarının ardıcıl olaraq sazişə qoşulmaları təmin edilməkdədir: “Cari ildə hesablaşmaların, standart və təcili ödənişlərin, vergi və ya digər büdcə ödənişlərinin, o cümlədən valyuta mübadiləsi xidmətlərinin daha effektiv təşkili məqsədilə PAŞA Bank tərəfindən həyata keçirilən “Business-to-business” layihəsi çərçivəsində məlumat mübadiləsinin təhlükəsizliyi BSXM-in elektron imza sertifikatları vasitəsilə təmin edilib və banka təqdim olunan bütün ödəniş tapşırıqlarının müştəri tərəfindən elektron imza ilə təsdiq edilərək avtomatlaşdırılmış qaydada göndərilməsinə başlanılıb”.

Məlumatda vurğulanıb ki, bank sektorunda müasir informasiya texnologiya infrastrukturunun yaradılması və rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin Mərkəzi Bank tərəfindən həyata keçirilməsi istiqamətində işlər davam etdirilir və yaxın zamanlarda digər bankların da öz müştəriləri ilə münasibətlərdə BSXM-in xidmətlərindən istifadəsi planlaşdırılır.

1news.az

Paylaş:
555

Son xəbərlər

Dünya bazarlarında qızıl cüzi ucuzlaşıbBu gün, 10:38BŞİH-də növbəti müşavirə keçirilibBu gün, 10:06Şuşaya növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 09:43Azərbaycan neftinin qiyməti 83 dollara yaxınlaşıbBu gün, 09:31Beyləqanda narkokuryerlərdən 15 kq marixuana aşkarlanıbBu gün, 09:15Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb - SİYAHIBu gün, 09:05COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir07 / 10 / 2024, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olub07 / 10 / 2024, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıb07 / 10 / 2024, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ07 / 10 / 2024, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTO07 / 10 / 2024, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıb07 / 10 / 2024, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıb07 / 10 / 2024, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb07 / 10 / 2024, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurub07 / 10 / 2024, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilib07 / 10 / 2024, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıb07 / 10 / 2024, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİN07 / 10 / 2024, 13:32Sabahın hava proqnozu07 / 10 / 2024, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!07 / 10 / 2024, 11:49
Bütün xəbərlər