Metroda oğurluq edən şəxslər ələ keçdilər – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda oğurluq edən şəxslər ələ keçdilər – FOTO

19:09 - 09 / 01 / 2018
Metroda oğurluq edən şəxslər ələ keçdilər – FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin metropolitendə polis şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.

1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, araşdırmalarla qadının “Samsung Galaxy S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkcəsinin cibindən oğurlanması məlum olub. Faktla bağlı cinayət işi başlanılıb.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğun üç nəfər tərəfindən törədilməsini müəyyənləşdiriblər. Görülmüş tədbirlərlə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmalar nəticəsində onların Elnur Hüseynov, əvvəllər məhkum olunmuşlar Emil Məmmədov və Əli Həsənov olduqları məlum olub. Saxlanılanlar bu əməli narkotik vasitənin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf ediblər.

Əməliyyat tədbirləri ilə onların narkotik vasitəni əldə etdikləri mənbə də müəyyənləşdirilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və bir elektron tərəzi aşkarlanaraq götürülüb.

Saxlanılanlar maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Onların digər cinayətlərdə iştirakının olub-olmaması da araşdırılır.

1news.az

Paylaş:
717

Son xəbərlər

Bütün xəbərlər