Avstriyalı mütəxəssis: Ehtimal olunur ki, alpinistlər marşrutu dəyişiblər və bu da axtarış işlərini çətinləşdirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avstriyalı mütəxəssis: Ehtimal olunur ki, alpinistlər marşrutu dəyişiblər və bu da axtarış işlərini çətinləşdirir - FOTO

19:43 - 09 / 01 / 2018
Avstriyalı mütəxəssis: Ehtimal olunur ki, alpinistlər marşrutu dəyişiblər və bu da axtarış işlərini çətinləşdirir - FOTO

Alpinistlərin axtarışı aparılan dağlıq ərazidə vəziyyət çox riskli və təhlükəlidir. Orada hər an qar uçqunu baş verə bilər. Buna baxmayaraq, xilasedicilər alpinistlərin tapılması üçün əlindən gələni əsirgəmirlər. Axtarış heyətinin peşəkarlıq səviyyəsi yüksəkdir.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarına cəlb olunmuş Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisi Adolf Herrer deyib.

İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda jurnalistlərin suallarını cavablandıran mütəxəssis bildirib ki, axtarış heyətinin apardığı araşdırmalara əsasən, alpinistlər Tufandağ istiqamətində hərəkətə başlasalar da, hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti düşərgə qurublar. Ehtimal var ki, sonradan hava şəraitinə görə marşrutu dəyişiblər. İndi isə onların yerini təxmin etmək çətindir. Çünki alpinistlərin üzərində onların yerini texniki vasitələrlə müəyyənləşdirmək üçün lazımi cihazlar olmayıb. Həmin avadanlıqlar olsaydı, alpinistlərin tapılması asanlaşardı.

Adolf Herrer axtarış aparılan ərazidə qalın qar örtüyünün olduğunu qeyd edib. Bildirib ki, Avstriya kimi dağçılıq idmanı inkişaf etmiş ölkələrdə belə, bu şəraitdə axtarışların aparılması riskli sayılır.

Xatırladaq ki, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

1news.az

Paylaş:
934

Son xəbərlər

Azərbaycan-Serbiya hərbi-texniki əlaqələri müzakirə edilibBu gün, 14:53Holcim-in “Usta mənəm” müsabiqəsinin seçim turu finala yaxınlaşır - FOTOBu gün, 14:48Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıbBu gün, 14:32ABŞ-də Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçiriləcəkBu gün, 14:29156 dərmanın qiymətinin yuxarı həddi təsdiqlənib, 50-nin qiymətinin yuxarı həddi aşağı salınıbBu gün, 14:25Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyibBu gün, 14:16Azərbayanla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi arasında Çərçivə Proqramı imzalanıbBu gün, 13:45Bakıda kənd təsərrüfatı sahəsində Azərbaycan-Rusiya işçi qrupunun 5-ci iclası keçirilibBu gün, 13:33STM Azərbaycanın hərbi sənaye imkanları keçirdiyi sorğunun nəticələrini açıqladıBu gün, 13:09Texniki baxışa təqdim edilən avtomobildə narkotik maddə aşkarlandıBu gün, 13:02IOTA-nın icraçı katibi: “Dövlət Vergi Xidməti Uzun müddətdir ki, IOTA-nın sadiq üzvüdür”Bu gün, 12:3927 dərəcə isti olacaq, yağış yağacaq - Sabahın havasıBu gün, 12:37İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub - FOTO - YENİLƏNİBBu gün, 12:31Bakıda Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum keçirilirBu gün, 12:29DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 12:24Sevinc Həsənovaya Nazirlər Kabinetində vəzifə verildiBu gün, 12:14Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıbBu gün, 12:12Vüqar Rəhimzadə: Azərbaycana qarşı ideoloji təxribatların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanırBu gün, 11:56Təhsilin İnkişafı Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:21DVX rəisi: Ölkəmizin bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı gündəmində iddialı hədəflər yer alırBu gün, 11:07
Bütün xəbərlər