Cənubi və Şimali Koreya arasında danışıqlar başlayıb | 1news.az | Xəbərlər
Dünya

Cənubi və Şimali Koreya arasında danışıqlar başlayıb

09:37 - 09 / 01 / 2018
Cənubi və Şimali Koreya arasında danışıqlar başlayıb

Cənubi Koreya ilə Şimali Koreya arasında əlaqələrin normallaşdırılması üzrə ilk dialoq başlanıb.

1news.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, bu barədə Cənubi Koreyanın Vəhdət Nazirliyi məlumat yayıb.

2015-ci ilin dekabr ayından bu günə kimi aparılan Seul-Pxenyan danışıqlarının əsas mövzusu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün praktik addımların atılması, xüsusilə, Şimali Koreya idmançılarının Pxençxan şəhərində keçiriləcək 2018-ci il Qış Olimpiadasında mümkün iştirakı məsələləri olacaq.

Hər iki ölkənin nümayəndə heyəti beş nəfərdən ibarətdir.

1news.az

Paylaş:
612

Sizin üçün xəbərlər

Son xəbərlər

Bütün xəbərlər