Metroda intihar edən gənclə bağlı yeni təfərrüatlar – FOTO – VİDEO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda intihar edən gənclə bağlı yeni təfərrüatlar – FOTO – VİDEO – YENİLƏNİB

11:11 - 09 / 01 / 2018
Metroda intihar edən gənclə bağlı yeni təfərrüatlar – FOTO – VİDEO – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında metroda intihar hadisəsi baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci il təvəllüdlü Mustafazadə Rəşad Əlixan oğlu qatar “Ulduz” stansiyasına daxil olarkən gənc oğlan özünü qatarın altına atıb.

1news.az-ın Qafqazinfo-ya istinadla verdiyi xəbərə görə, intiharının səbəbi bilinməyən gənc hər zaman sosial aktivliyi ilə seçilib.

Bir neçə xarici dil bilən Rəşad "Glamour Center MMC" tur şirkətinin direktorudur. O, hətta bir neçə gün öncə Qəbələyə tur təşkil edib.

Sosial şəbəkələrdə də aktiv olan gənc yeni ildə pozitiv paylaşımlar edib və “həyat gözəldir” deyə çağırış edib.

Bundan başqa, bir çox dövlət tədbirlərində, toylarda ifa edən Mustafayev həm də müğənni kimi fəaliyyət göstərib. Bu yaxınlarda isə skripka dərsləri almağa başlamışdı.

09.51

Ötən gün axşam saatlarında 23 yaşlı Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu metronun "Ulduz" stansiyasında özünü qatarın altına ataraq intihar edib.

1news.az-ın AzVision.az-a istinadla verdiyi xəbərə görə, onun hansı səbəbdən canına qəsd etdiyi məlum deyil. Hazırda faktla bağlı araşdırma aparılır.

Dostlarının bildirdiyinə görə, Rəşadın maddi problemi olmayıb.

S.Xankişiyeva

Paylaş:
6600

Son xəbərlər

Bütün xəbərlər