Yeniyetmə boksçuların mübarizəsi başlayır | 1news.az | Xəbərlər
İdman

Yeniyetmə boksçuların mübarizəsi başlayır

10:22 - 09 / 01 / 2018
Yeniyetmə boksçuların mübarizəsi başlayır

Bu gün yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi start götürəcək.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq yarışda 150-dək idmançı gücünü yoxlayacaq.

Birinciliyə paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qatılacaq. 2002-2003-cü il təvəllüdlü boksçular arasında baş tutacaq yarışda 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşdirəcək.

Döyüşlər bu gün saat 15:00-da başlanacaq. Final qarşılaşmaları isə yanvarın 12-də olacaq.

1news.az

Paylaş:
694

Son xəbərlər

Bütün xəbərlər