Fotolarını icazəsiz paylaşdığı üçün anasını məhkəməyə verdi
İtaliyada 16 yaşlı yeniyetmə anasını məhkəməyə verib.
Buna səbəb isə, onun icazəsi olmadan fotolarının sosial şəbəkələrdə paylaşılması olub.
Romada həyata keçirilən məhkəmədə uşağın şəxsi hüquqularının qorunması məqsədilə ananın fotoları silməsi hökmü irəli sürülüb.
Əgər ana məhkəmənin qərarına əməl etməzsə, gələcəkdə paylaşdığı fotolara görə oğluna 10 min avro (20 346 Azn) təzminat ödəməli olacaq.
Tez-tez fotolarının anası tərəfindən sosial şəbəkələrdə paylaşılmasından bezən oğula atası da dəstək olub.
S.Xankişiyeva
587