Azərbaycanın ilk şəhid qadın jurnalistinin ölümündən 27 il ötür | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın ilk şəhid qadın jurnalistinin ölümündən 27 il ötür

10:56 - 09 / 01 / 2018
Azərbaycanın ilk şəhid qadın jurnalistinin ölümündən 27 il ötür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür.

1news.az xəbər verir ki, Salatın Əziz qızı Əsgərova 1991-ci il yanvaın 9-da Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında erməni silahlıları tərəfindən qətlə yetirilib.

Azərbaycanın ilk şəhid qadın jurnalisti S. Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Jurnalist kimi “Baku”, “Molodyoj Azerbaydjana” qəzetlərində işləyib.

S.Əsgərova “Molodoj Azerbaydyana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib.

1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.

Mərhum ailəli olub, oğlu Ceyhun Əsgərov onun yolunu davam etdirir.

Allah rəhmət eləsin!

Paylaş:
960

Son xəbərlər

Bütün xəbərlər