Özünü dənizə atan gənc şairin son şeiri: Gedəndə tək getmirsən... | 1news.az | Xəbərlər
Cəmiyyət

Özünü dənizə atan gənc şairin son şeiri: Gedəndə tək getmirsən...

11:30 - 09 / 01 / 2018
Özünü dənizə atan gənc şairin son şeiri: Gedəndə tək getmirsən...

Xəbər verildiyi kimi, yanvarın 8-i axşam saatlarında Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxs gənc şair Məlik Cahandır.

1news.az kult.az-a istinadən xəbər verir ki, o, intihardan əvvəl sosial şəbəkədə son şeirini və dəniz fotosunu paylaşıb.

Məlik Cahanın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Qeyd edək ki, Məlik Cahangirov 1995-ci il fevralın 10-da Lerik rayonunda anadan olub. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin tələbəsi idi.

Məlik Cahanın son şeirini təqdim edirik:

Qorxunun əcələ faydası yoxdur,

bir gün ruh tərk edir bədəni,

azad olur bir bədənlik əsarətdən.

Ölüm son deyil, başlanğıcdır,

Bir az sevgidən ibarətdir,

Bir az da cəsarətdən.

Gedəndə tək getmirsən,

savabların yoldaşdı,

günahların yoldaşdı.

Bundan sonra bayramlar

il dönümü olacaq.

xeyrlə şər qardaşdı.

Həftələr aya dönür,

aylar gəlib il olur.

İllər də yarpaq kimi

tək-tək təqvimdən düşür.

Öyrəşir...Hamı öyrəşir..

Bir gün ruh tərk edir səni,

qalxır, göylərə üz tutur.

Zamanla yadırğayırlar

səsini də, sözünü də.

Sonra..

Bir gün sənin özünü də

unudur..

Hamı unudur...

Bir gün ruh tərk edir səni,

ruh səni, sən də hər kəsi.

Yaxınlıqdakı məsciddən

eşidilir azan səsi...

1news.az

Paylaş:
1284

Son xəbərlər

Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07Mustafa Qurbanlı: SOCAR-ın məqsədi Milli Enerji Şirkəti olmaqdıBu gün, 14:50AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edibBu gün, 14:32“Yango” Azərbaycanın taksi parklarına avtomobillərini yeniləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcəkBu gün, 14:24Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 14:01SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 13:49Kamaləddin Qafarov: “Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi”Bu gün, 13:37Kəlbəcərdə yol qəzası olub, xəsarət alanlar varBu gün, 13:26Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39
Bütün xəbərlər