Redaksiyaya məktub: Stalik Xankişiyevin çağırışı və “silikonlu müğənniciklər” haqqında | 1news.az | Xəbərlər
Cəmiyyət

Redaksiyaya məktub: Stalik Xankişiyevin çağırışı və “silikonlu müğənniciklər” haqqında

11:47 - 09 / 01 / 2018
Redaksiyaya məktub: Stalik Xankişiyevin çağırışı və “silikonlu müğənniciklər” haqqında

Bir neçə gün öncə, məşhur aşpaz, kulinariya üzrə bir sıra kitabların müəllifi, Rusiyada yaşayan həmyerlimiz Stalik Xankişiyev dahi Alim Qasımova qulaq asmaqla bağlı çağırışlar edib.

“Azərbaycanlılar!

Kül başınıza! Nə vaxta qədər silikon dodağı, üçüncü cinsdən olan müğənniciklərə qulaq asıb, bunu Azərbaycan mahnıları adlandıracaqsınız? Bu, Alim Qasımovun Youtube kanalıdır. Burada bir mahnıya 100-dən çox baxış yoxdur. Heç utanırsınız? Hörmətli Alim Qasımov öz menecerini dəyişsə yaxşı olar”.

Burada ilk olaraq qeyd etmək istərdim ki, Stalik müəllimə böyük hörmətim var. Eləcə də onun sərt danışığına da öyrəşmişəm. Buna görə də onun istifadə etdiyi “kül başınıza” ifadəsində təhqiredici heç nə görmədim.

Utanmağa qaldıqda isə... Bütün xalqın adından danışa bilmərəm. Lakin bu məsələ məni də narahat edir. Buna oxşar sualı bir neçə gün öncə versəm də, cavabını tapa bilmədim.

Belə ki, bu məsələ məni Stalik müəllim kimi hiddətləndirir. Lakin müdriklərin bir kəlamı var: zövqlər haqqında mübahisə edilməz, çünki hər kəsin zövqü müxtəlifidir.

Kiminsə xoşuna Damla gəlir, kimsə Muğama qulaq asır (yaşadığı ölkədən və yaşından asılı olmayaraq), kimisi rok qulaq asır, bəziləri isə hətta musiqini belə sevmir.

Əsgər Damlaya eşq etiraf edib – VİDEO

Bu da anlaşılandır. Axı biz hamızım fərqliyik. Bu gün hər kəs sevdiyi mahnıya qulaq asmaq imkanına malikdir. Ola bilsin ki, janrların da müxtəlifliyi yalnız müsbət haldır.

Bundan əlavə, insanı qulaq asdığı mahnı ilə mühakimə etmək də düzgün deyil. Misal üçün, Lektor loğman insanlara yemək zamanı klassikaya qulaq asmağı tövsiyyə edərdi.  

Amma “silikonlu müğənniciklərə” (təəssüflər olsun ki, onlara çoxları qulaq asır) hər bir azərbaycanlının qulaq asmasını ümumiləşdirərək söyləmək isə şişirtmədir.

Rusiyanın tanınmış aşpazı: Azərbaycanlılar, kül başınıza!- FOTO

Beləliklə, Vətənimizi xaricdə tərənnüm etdirən məşhur aşpazın fikirlərinin bir qismi ilə razılaşıram – özünün xoşladığını başqasına tətbiq etmək olmaz. Lakin əsl, möhtəşəm Azərbaycan klassik musiqisini təbliğ etməyə hər kəs borcludur. Eləcə də bunu daha bəsit formada etməklə, təbii ki.

Bundan əlavə, hörmətli S.Xankişiyev bu cür ümumiləşdirmələri və ifadələri də qəbul etməz.

Veronika İman

1news.az oxucusu

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1120

Son xəbərlər

Bütün xəbərlər