Ən bahalı futbolçular – SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Ən bahalı futbolçular – SİYAHI

12:21 - 09 / 01 / 2018
Ən bahalı futbolçular – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın beş böyük futbol çempionatlarında çıxış edən klubların heyətindəki ən bahalı futbolçuların adlarını açıqlayıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, mərkəzin hazırladığı “2018-ci ilin yanvar ayı üçün ən bahalı futbolçular” adlı hesabatda La Liqa (İspaniya), Premyer Liqa (İngiltərə), A Seriyası (İtaliya), Bundesliqa (Almaniya) və Liqa 1-də (Fransa) çıxış edən futbolçuların qiymətləri müəyyənləşib. Hesabat hazırlanarkən futbolçuların yaşı, müqavilələrinin müddəti, mövqeləri, klubda və milli komandadakı çıxışları və s. kriteriyalar əsas alınıb.

CISM bu kateqoriyalar əsasında ən bahalı futbolçu kimi “PSJ” klubunun braziliyalı legioneri Neymarı müəyyənləşdirib. Neymarın dəyəri 213 milyon avro məbləğində qiymətləndirilib. Braziliyalı futbolçunu onun sabiq komanda yoldaşı, “Barselona”nın argentinalı ulduzu Lionel Messi izləyib - 202,2 milyon avro. “Tottenhem”in ingiltərəli hücumçusu Harri Keyn 194,7 milyon avroluq qiymətlə üçüncü yerdə qərarlaşıb. “PSJ”nin “Monako”dan transfer etdiyi Kaylian Mbappe 192,5 milyon avro ilə dördüncü sırada yer alıb.

Siyahıda sonrakı yerləri Paulo Dibala (“Yuventus”, 174,6 milyon avro), Dele Alli (“Tottenhem”, 171,3 milyon avro), Kevin De Brüyn (“Mançester Siti”, 167,8 milyon avro), Romelu Lukaku (“Mançester Yunayted”, 164,8 milyon avro), Antuan Qrizman (“Atletiko Madrid”, 150,2 milyon avro) və Pol Poqba (Mançester Yunayted”, 147,5 milyon avro) tuturlar.

CIES “Real Madrid”in portuqaliyalı ulduz futbolçusu, 33 yaşlı Kriştiano Ronaldonu siyahıda 49-cu yerdə qərarlaşdırıb. Ötən il rəqib qapılarına 53 dəfə yol tapan, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, La Liqanın, İspaniya Super Kubokunun və FIFA klublararası dünya çempionatının qalibi olan, beşinci dəfə ilin futbolçusu adını qazanan Kriştiano Ronaldoya 80,4 milyon avro qiymət qoyulub.

1news.az

Paylaş:
1987

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər